Xəzər Xəbər

Pensdən ABŞ polisinə DƏSTƏK: Birlikdəyik

Dünya | 14:37 • 27 Avqust 2020
Pensdən ABŞ polisinə DƏSTƏK:

ABŞ-ın vitse-prezidenti Mayk Pens etirazçılara qarşı mübarizə aparan polisə dəstəyin davam edəcəyini açıqlayıb.


O, bu barədə Konqresdə çıxışı zamanı danışıb və irqçilik əleyhdarlarının etirazlarının ölkənin bəzi böyük şəhərlərində şiddətə çevrilməsini tənqid edib.


"İstər Portland və Minneapolis, istərsə də Kenoşada şiddətin dayandırılması lazımdır. Bir çox qəhrəman azadlığımızı müdafiə edərək həyatını itirdi. Tramp administrasiyası dövründə insanlar üçün qorunma xətti olan polislə birlikdə olacağıq. Polis orqanlarına verilən vəsaiti nə indi, nə də başqa vaxt kəsəcəyik", - Pens qeyd edib.


İnsanların dinc şəkildə etiraz etmək hüquqlarına hörmətlə yanaşdıqlarını vurğulayan vitse-prezident bütün irqlərdən və məzhəblərdən olan amerikalılar üçün küçələrdə asayişin təmin olunacağını bildirib./Publika.az

Xəbər lenti

Çox oxunanlar