Xəzər Xəbər

Ukrayna hökumətindən gözlənilməz qərar - 1 ay qüvvədə olacaq

Dünya | 10:12 • 27 Avqust 2020
Ukrayna hökumətindən gözlənilməz qərar - 1 ay qüvvədə olacaq

Ukrayna koronavirus pandemiyası ilə əaqədar avqustun 29-dan sentyabrın 28-dək bir ay müddətinə əcnəbi vətəndaşların ölkəyə girişini qadağan edib.


Baş nazir Denis Şmıqal hökumətin qərarını elan edib. O, qadağaların tətbiq edilməsini belə əsaslandırıb: "Xəstəliyin səviyyəsini nəzərə alaraq, həmvətənlərimizi qorumalı və əcnəbi tərəfdaşlarımıza qarşı məsuliyyətli olmalıyıq. Hökumət bu gün əcnəbi vətəndaşların girişi üçün sərhədlərin sentyabr ayının sonuna qədər bağlanması məsələsinə baxacaq”.


Şmıqalın sözlərinə görə, ölkəyə giriş qadağası yalnız əcnəbi vətəndaşların müəyyən kateqoriyasına - Ukraynada yaşayış icazəsi olanlar, beynəlxalq və humanitar missiyaların üzvləri, beynəlxalq heyətlər və digər şəxslərə aid olmayacaq./Publika.az

Xəbər lenti

Çox oxunanlar