ABŞ Prezidenti Donald Tramp koronavirusa görə ən çox testdən keçən amerikalıdır.
Rg.ru bu barədə Ağ Evin mətbuat katibi Keyli Makinaniyə istinadla məlumat yayır.
Onun sözlərinə görə, siyasətçi sağlamlığını çox tez-tez yoxlayır:
"O, gündə bir neçə dəfə testdən keçirilir”.
Makinani qeyd edib ki, nə Trampın özü, nə də ətrafındakılar SARS-CoV-2-yə yoluxmayıblar.
ABŞ lideri iyun ayında koronavirus barədə "yoxa çıxır”, "məhv olur” kimi dediyi fikirlərin əksinə olaraq, son brifinqdə pandemiyanın "yaxşılaşmadan daha da pisləşə biləcəyini” etiraf edib.