Xəzər Xəbər

Hami Aksoy: Türkiyə Aralıq dənizində öz milli sektorunda fəaliyyət göstərir

Dünya | 17:56 • 22 İyul 2020
Hami Aksoy: Türkiyə Aralıq dənizində öz milli sektorunda fəaliyyət göstərir

"Oruç Reis” kəşfiyyat-axtarış gəmisinin Aralıq dənizində fəaliyyət göstərəcəyi sahə Birləşmiş Millətlər Təşkilatının müəyyən etdiyi qitə sərhədləri daxilində və 2012-ci ildə Türkiyə hökuməti tərəfindən TRAPO (Türkiye Petrolleri Anonim Ortaklığı) şirkətinə həvalə edilən su ərazimizdir.


Xezerxeber.az xəbər verir ki, bu fikirləri açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ifadə edib.


Nazirliyin sözçüsü bildirib ki, sözügedən sahədə əvvəllər "Barbaros Hayrettin Paşa” gəmisi kəşfiyyat-axtarış işləri aparıb. Buna baxmayaraq, Yunanıstan tərəfi həmin sahənin öz ərazisi olduğunu iddia etməyə başlayıb. Yunanıstanın bu maksimalist iddiası beynəlxalq hüquqa və məhkəmə qərarlarına təhdiddir.


Anadoludan 2 kilometr, Yunanıstan torpağından isə 580 kilometr aralıda olan bir adaya 40 kilometr diametrlə iddia edilməsini beynəlxalq hüquqa zidd olduğunu bildirərək qəti şəkildə rədd edirik.

Xəbər lenti

Çox oxunanlar