İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 219 nəfər vəfat edib.
Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 14853 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2586 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 281413 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 244840 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3609 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.