ABŞ-da koronavirus əleyhinə iki vaksinin final sınaqları başlayıb, yaxın həftələrdə daha dörd vaksinin sınaqlarının son mərhələsi start götürəcək.
Xezerxeber.az Amerika tekekanallarına istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ evdə keçirilən brifinqdə deyib.
"İki eksperimental vaksinin klinik sınaqlarının final mərhələsi başlayır – buna rekord müddətdə nail olunub”, - deyə Donald Tramp bildirib. ABŞ prezidenti, həmçinin əvvəllər vaksinin hazırlanması üçün illərlə vaxt lazım gəldiyini də xatırladıb. Onun sözlərinə görə, yaxın həftələr ərzində daha dörd vaksinin sınaqlarının son mərhələsi başlayacaq.
Donald Tramp ABŞ hakimiyyətinin epidemiyanı nəzarət altına almağı deyil, onu tamamilə aradan qaldırmağı qarşısına məqsəd qoyduğunu və bu səbəbdən vaksin hazırlanmasını prioritet seçdiyini deyib.