Xəzər Xəbər

Nazır: İran-Rusiya münasibətləri strateji xarakter daşıyır

Dünya | 12:59 • 22 İyul 2020
Nazır: İran-Rusiya münasibətləri strateji xarakter daşıyır

İran ilə Rusiya arasında qarşılıqlı əlaqələrin inkişafı haqqında yeni müqavilənin hazırlanması prosesi davam edir.


Bu sözləri Moskvada səfərdə olan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.


O Rusiyalı həmkarı Serqey Lavrov ilə birgə mətbuat konfransında onu da bəyan edib ki, dövlətlər arasındakı iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Yeni müqavilə imzalandıqdan sonra təsdiq üçün hər iki ölkənin parlamentinə təqdim ediləcək. Yeni müqavilə uzunmüddətli olmaqla yanaşı, əməkdaşlıq üçün bütün sahələri əhatə edəcək.


Nəzərə çatdırılıb ki, birgə iqtisadi komissiyanın növbəti iclası payızda Moskvada keçiriləcək.


İranlı nazır qeyd edib ki, İran ilə Rusiya arasındakı münasibətlər strateji xarakter daşıyır.


Nazirlərin görüşündə regional və qlobal siyasi proseslər və təhlükəsizlik məsələləri də müzakirə edilib.

Xəbər lenti