Xəzər Xəbər

İstanbulu su ilə təmin edən su hövzələri quruma təhlükəsi ilə üzləşib

Dünya | 13:24 • 21 İyul 2020
İstanbulu su ilə təmin edən su hövzələri quruma təhlükəsi ilə üzləşib

İstanbulun əhəmiyyətli hissəsini su ilə təmin edən Kazandərə və Pabuçdərə su hövzələri yerləşdiyi ərazinin həddindən artıq quraqlıq olması səbəbindən quruma təhlükəsi ilə üzləşib.


İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) rəsmi internet səhifəsində bu il aprelin 10-da bu hövzələrin doluluq səviyyəsi Kazandərədə 36.65, Pabuçdərədə isə 23.47 faiz olaraq əks etdirilib. Hazırda bu rəqəmlər Kazandərədə 8.54, Pabuçdərədə isə 2.46 faizdir.


Mütəxəssislər bunu bu il bölgədə havaların quru keçməsi və yağıntının olmaması ilə izah edirlər.


Analoji vəziyyət 2002-2003-cü illərdə də müşahidə olunub. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar