Xəzər Xəbər

Gürcüstan XİN ölkə üzərindən Ermənistana silah çatdırılmasına dair xəbərlərə münasibət bildirib

Dünya | 17:53 • 20 İyul 2020
Gürcüstan XİN ölkə üzərindən Ermənistana silah çatdırılmasına dair xəbərlərə münasibət bildirib

Ermənistana Gürcüstan üzərindən hərbi sursat daşınması ilə bağlı yayılan xəbərlər dezinformasiyadır.


Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.


Xatırladaq ki, bir sıra kütləvi informasiya vasitələrində Serbiyadan Ermənistana xeyli sayda müxtəlif çaplı minaatanların çatdırılmasına dair məlumatlar yayılıb. Minaatanların Gürcüstan üzərindən Ermənistana keçirildiyi qeyd olunub. (APA)

Xəbər lenti

Çox oxunanlar