Xəzər Xəbər

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 13 hərbçi həlak olub

Dünya | 15:12 • 20 İyul 2020
Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 13 hərbçi həlak olub

Əfqanıstanın Qunduz əyalətində "Taliban” hərəkatının hökumət qüvvələrinə hücumu nəticəsində azı 13 hərbçi öldürülüb, 10 nəfər isə yaralanıb.


Xezerxeber.az TOLO News telekanalına istinadla xəbər verir ki, iyulun 20-nə keçən gecə taliblər əyalətdəki nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Daha bir hücum isə avtomobil yolunda qeydə alınıb. Döyüşlərdə "Taliban” silahlılarının da itki verdiyi bildirilir.


Qeyd edək ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq "Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və "Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Sülh sazişi 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və əfqanlararası dialoqun başlamasını nəzərdə tutur. Həmçinin sənədə əsasən, "Taliban” hərəkatı və Əfqanıstan hökuməti arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır.

Xəbər lenti

Çox oxunanlar