Xəzər Xəbər

İsveçrə üç ölkə ilə sərhədlərini açır

Dünya | 09:09 • 14 May 2020
İsveçrə üç ölkə ilə sərhədlərini açır

İsveçrə iyunun 15-də Fransa, Almaniya və Avstriya ilə sərhədləri tam açmaq niyyətindədir.


İsveçrə Federal Şurasının (hökumətin) saytında yerləşdirilmiş məlumata əsasən, sərhədlər epidemioloji şəraitin imkan verdiyi təqdirdə açılacaq. Müvafiq qərar İsveçrə ilə qonşu olan üç ölkənin daxili işlər nazirlərinin danışıqlarında qəbul olunub.


Hazırda Fransa, Almaniya və Avstriya COVID-19 pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasının bənzər mərhələsini yaşayır. Sərhədlərin açılması barədə yekun qərar Federal Şuranın mayın 27-də keçiriləcək iclasında qəbul ediləcək.


Mayın 11-dən İsveçrədə epidemiyanın qarşısının alınması məqsədilə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasının ikinci fazası başlayıb. Ölkədə bütün mağazalar açılıb, restoranlar və barlar bir sıra məhdudiyyətlər şərti ilə fəaliyyətini bərpa edib, İsveçrəyə Avropa İttifaqından gəliş qadağası qismən götürülüb. Vəziyyət sabitləşəcəyi təqdirdə iyunun 8-ə üçüncü mərhələyə keçid planlaşdırılır.

Xəbər lenti

Çox oxunanlar