Xəzər Xəbər

Moskvada son sutkada koronavirusdan 60 nəfər ölüb

Dünya | 08:58 • 14 May 2020
Moskvada son sutkada koronavirusdan 60 nəfər ölüb

Rusiyanın paytaxtı Moskva şəhərində son 24 saat ərzində koronavirusa yoluxan xəstələrdən 58 nəfər ölüb.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü paytaxtda yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.


Bildirilib ki, bununla da Moskvada koronavirusdan ölənlərin sayı 1290 nəfərə çatıb.


Ölənlərdə eyni zamanda sətəlcəm diaqnozunun müşahidə edildiyi vurğulanıb.

Xəbər lenti