Koronavirus pandemiyası İspaniyada aclıq və yoxsulluq problemini artırıb.
Ölkədə ərzaq banklarından yardım alanların sayı ciddi sürətdə artıb.
Fövqəladə vəziyyətin elan olunduğu 4 martdan bəri sadəcə paytaxt Madriddə qida yardımı alanların sayı 100 mini ötüb.
Bələdiyyələrə aid sosial xidmətlər müdirliklərinin və vəqflərin təşəbbüsü ilə hər gün tonlarla ərzaq ləvazimatları və yemək paylanır.
Yerli mediaya açıqlama verən qeyri-hökumət təşkilatlarının üzvləri yemək üçün növbəyə düzülənlərdən utanıb ağlayanların olduğunu deyib.
Karitas, Kruz Roja kimi QHT-lərin nümayəndələri pandemiyadan əvvəl yoxsulluq rəqəmlərinin 4,5 milyon olduğunu, pandemiyadan sonra bu rəqəmin 6 milyonu keçdiyini diqqətə çatdırıb.
Son rəqəmlərə görə, İspaniyada 271 mindən çox insan koronavirusa yoluxub, 27 mindən çox insan dünyasını dəyişib./publika.az