ABŞ Federal Təhqiqat Bürosu 11 sentyabr 2001-ci ildə Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinə edilən hücumda "Əl-Qaidə” terrorçularına yardım etməkdə şübhəli bilinən səudiyyəli vəzifəli şəxsin adını yanlışlıqla açıqlayıb.
Bu barədə "Yahoo News” özəl xəbər dərc edib.
Xəbərdə FTB-nin 11 sentyabr qurbanlarının ailələri tərəfindən açılan məhkəmə prosesində təqdim olunan dosyelərdən birində 1999-2000-ci illərdə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyində işləyən Müsaid Əhməd əl-Cərrahın adını silməyi unutduğu bildirilib.
Sənəddə əl-Cərrahın hazırda harada olduğunun məlum olmadığı, lakin bu şəxsin hücumlara yardım üçün ABŞ-dan 2 nəfəri təyin etdiyinə dair iddialar yer alıb.
11 sentyabr qurbanlarının sözçüsü Bred İqlson isə ilk dəfə hücumu araşdıran FTB agentlərinin hücumçular ilə Səudiyyə səfirliyi arasındakı əlaqələri ört-basdır etdiyinə dair ciddi dəlil tapdığını dilə gətirib.
Bu xəbərdən sonra FTB sözügedən sənədi geri çəkib. Daha sonra sənədin yanlışlıqa dosyeyə qoyulduğu açıqlanıb./publika.az