ABŞ Rusiyanın koronavirus pandemiyası ilə mübarizəyə dəstək məqsədilə göndərdiyi süni tənəffüs aparatlarını geri qaytarmağa hazırlaşır.
Bu barədə ABŞ Federal Fövqəladə Halları İdarəetmə Agentliyinin (FEMA) mətbuat katibi Canet Montesi danışıb.
O bildirib ki, Rusiyanın yolladığı süni tənəffüs aparatları həmin ölkədə yanğın çıxan xəstəxanalarda istifadə edilən cihazlarla eyni modeldir. Bu səbəbdən cihazları geri qaytarmaq haqqında qərar qəbul olunub.
Rusiya isə bu iddiaları təkzib edib. Bildirilib ki, yollanan ləvazimatlar yoxlanıb və daha sonra ABŞ-a göndərilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində koronavirus xəstələrinin müalicə aldığı xəstəxanalarda yanğın hadisəsi baş vermiş, nəticədə 6 nəfər həlak olmuşdu. Yanğının süni tənəffüs aparatlarından qaynaqlandığı ehtimal edilir. Rusiya Federal Səhiyyə Analizi Xidməti (Roszdravnador) səhiyyə qurumlarında istifadə edilən tənəffüs cihazlarının yoxlanması üçün hazırlaşdıqlarını açıqlamışdı./publika.az