Şimali Koreya lideri Kim Çen In naməlum səbəbdən yenəyoxa çıxıb.
Bu barədə "New York Post” nəşri xəbər yayıb.
Qeyd edilir ki, KXDR başçısı 12 gün ərzində ictimaiyyət qarşısında görünməyib və heç bir açıqlama verməyib:
"Bəlkə o, həqiqətən zavodlarında lentləri kəsir, ancaq fotoların həqiqi olub-olmadığını müəyyən edə bilmirik”, - deyə, ABŞ administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayn Kim Çen Inın ictimaiyyətdə sonuncu dəfə görünməsini əks etdirən fotonu şərh edib.
Mayın 2-də Kim Çen Inın zavod açılışındalent kəsməsi ilə bağlı fotoları yayılmışdı. Xəstəliyə dair şayiələrin əksinə olaraq, Şimali Koreya lideri fotoda sağlam görünüb.
Aprelin 15-də Kim Çen In babası, KXDR-in qurucusu Kim Ir Senin doğum gününü təbrik etmədi. Bu səbəbdən onun mümkün ölümü və ya xəstəliyi haqqında şayiələr yayıldı. Şimali Koreyanın liderinin ayaq üstə dayana, normal gəzə bilməməsi və ya vegetativ vəziyyətdə olması ehtimallar irəli sürülmüşdü.