Xəzər Xəbər

Polşada vitse-spiker həkim işləmək üçün istefa verdi

Dünya | 17:03 • 13 May 2020
Polşada vitse-spiker həkim işləmək üçün istefa verdi

Polşa Senatının vitse-spikeri Stanislav Karçevski həkim işləmək üçün parlamentdəki vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bu barədə "RİA Novosti” məlumat yayıb.

Siyasi karyerasına qədər S.Karçevski tibb təhsili alıb və cərrah kimi çalışıb.

S.Karçevski vəzifəsindən ayrılmasının səbəblərindən biri kimi Senatın müxalif spikeri Tomaş Qrodzkla fikir ayrılıqlarını da göstərib./oxu.az

Xəbər lenti