Ölkənin həddindən artıq yüklənmiş səhiyyə sektorunda kadr çatışmazlığı problemini həll etmək üçün minlərlə xarici həkimə, tibb bacısına və digər səhiyyə işçilərinə daimi yaşayış statusu verilməsi haqqında qanun layihəsi ABŞ konqresinə təqdim olunub. Tibb işçilərinin çatışmaması koronavirusa yoluxanların sayı artmaqda davam edən böyük şəhərlərin bir çox xəstəxanalarının işinə mənfi təsir göstərir.
Ebbi Finkenauer, Bred Şnayder, Tom Koul və Don Bekon Konqresə qrin-kartların verilməsini bərpası edə biləcək "Səhiyyə işçilərinin əmək ehtiyatlarının davamlılığı haqqında qanun” adlı layihə təqdim ediblər. Qanun layihəsinin şərtlərinə əsasən COVİD-19 pandemiyası zamanı 15 min həkimə və 25 min orta tibb işçisinə qrin-kartlar verilməlidir. Belə ki, Ayova ştatında və ölkənin bir sıra digər regionlarında artıq bir neçə ildir tibb işçiləri çatışmır.
Hazırda əcnəbi tibb işçiləri ABŞ-da iş vizası ilə, miqrasiya statusları olmadan qalıb işləyirlər.
Qeyd edək ki, Amerika Tibb Assosiasiyası, Səhiyyə Rəhbərləri Şöbəsi, ABŞ Ticarət Palatası, Amerika Beynəlxalq Kadrlar Xidməti Assosiasiyası, Amerika Xəstəxanalar Assosiasiyası, Amerika Tibb Bacıları Liderliyi Təşkilatı, İkipartiyalı Siyasət Mərkəzi qanun layihəsini dəstəkləyiblər. (AZƏRTAC)