Türkiyədə 14 yaşından kiçik uşaqlar 40 günlük özünütəcriddənsonra çölə çıxıblar.
Sondakika.com xəbər verir ki, ölkədə yaşı 65-dən yuxarı vətəndaşların çölə çıxma icazəsindən sonra növbə uşaqlara çatıb.
Valideynlərinin nəzarəti altında, maska və sosial məsafə qaydalarına riayət edən uşaqlar 15:00-a qədər çöldə ola bilərlər.
15-20 yaş arası olanlara isə çölə çıxma icazəsi mayın 15-də veriləcək.
oxu.az