Xəzər Xəbər

Pompeodan ŞOK SÖZLƏR: Çin və İran pandemiyada...

Dünya | 15:42 • 13 May 2020
Pompeodan ŞOK SÖZLƏR:

Koronavirus pandemiyasından sonra xaricə ilk səfərini İsrailə edən ABŞ-ın dövlət katibi Mayk Pompeo İran və Çini hədəf alıb.

İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransına qatılan Pompeo ad çəkmədən Çini koronavirus pandemiyasının əvvəlində bəzi kritik bilgiləri gizləməkdə ittiham edib.

"Siz (İsrail) yaxşı ortaqsınız və bilgini gizləməyə, üzərini örtməyə çalışan bəzi ölkələrin əksinə, bilgiləri paylaşırsınız. O ölkə haqqında da danışacağıq”, - Pompeo sözlərinə əlavə edib.

Çıxışında İrana da yer verən dövlət katibi iranlıların bu pandemiya ərzində Ayətullah rejiminin qaynaqlarını terroru təşviq üçün istifadə etdiyini deyib: "Bu durum ölkəni (İran) idarə edənlərin ruhlarına dair çox şeyi ifadə edir”./Publika.az

Xəbər lenti

Çox oxunanlar