Böyük Britaniyada Beynəlxalq Səhiyyə Xidmətinin həkimi Geraldine McGroarty koronavirusa yoluxduqdan sonra ona verilən test dərmanı ilə 3 günə sağalıb.
DHA xəbər verir ki, həkimlər dərmanın təsirindən çox, Geraldinenin sağlam və gənc olmasının sağalma prosesinə ciddi təsir göstədiyini bildiriblər.
"Tibb işçiləri məni xəstəxanaya gətirdilər. Daha öncə çalışdığım yerdə, tanıdığım insanlar arasında xəstə olaraq yatmaq qəribə idi. Öləcəyimi düşünməyə başladım. Dərmanı qəbul edəndən 2 gün sonra koronavirus simptomlarının azaldığını hiss etdim. Dərman haqqında məlumatım çox deyildi. Sadəcə, koronavirusla savaşmaq və ondan qurtulmaq üçün özümə şans vermək istədim. Nəticədə 3 gün sonra evimə döndüm" - deyə, Geraldine bildirib./publika.az