"Yeni növ koronavirusa qarşı vaksin üçün təqribən 7-8 ən yaxşı namizəd var".
"MedikForum" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adanom Hebreyesus bildirib.
O deyib ki, ki, onlar üzərində sürətli iş aparılır:
"40 ölkənin liderlərinin, təşkilat və bankların tədqiqat, müalicə və test üçün vəd etdikləri 7,4 milyard avronun (8 milyard dolların) dəstəyi ilə çevik səylər göstərilir. 8 milyard dollar yetərli deyil. Vaksinin yaradılmasının sürətləndirilməsi, daha əhəmiyyətlisi isə onun hamıya çatması, heç kimin kənarda qalmaması üçün yetərincə istehsal edilməsi üçün əlavə vəsait lazımdır. İndi yaxşı namizədlərimiz var. Ən yaxşıları yeddi, ya da səkkizdir. Namizədlərin ümumi sayı yüzdən çoxdur. Amma biz onların yalnız bir neçəsinə bel bağlayırıq. Çox güman, ən yaxşı nəticələri əldə etməyi və yüksək potensiallı namizədləri hərəkətə gətirməyi də, onlar bacaracaqlar".
"400-dən çox alimdən ibarət konsorsium mövcuddur. Konsorsium vaksinlərin işlənib hazırlanması və diaqnostikası ilə məşğul olur: "COVID-19 "yoluxucu və ölümcüldür": hazırda ÜST-yə 4 milyon yoluxma və 275 000 ölüm halı barədə məlumat verilib. Qərbi Avropada yeni halların azalmağa başladığı bir vaxtda, Şərqi Avropa, Afrika, Cənubi-Şərqi Asiya, Şərqi Aralıq dənizi və digər regionlarda onların sayı artır" - deyə, Tedros Hebreyesus əlavə edib./publika.az