İspaniyaya gələn bütün şəxslər, istər yerlilər, istərsə də əcnəbilər olsun, 14 gün müddətinə məcburi karantin şəraitində olacaqlar. Bu qayda mayın 15-dən qüvvəyə minəcək.
"El Pais" xəbər verir ki, bu gün hökumətin rəsmi xəbərlərində dərc edilmiş fərmana görə, mayın 15-dən etibarən başqa ölkədən İspaniyaya gəlmiş hər bir şəxs özünütəcrid vəziyyətində olacaq. Belə şəxslərin evdən çıxması və ya yaşayış yerini tərk etməsi ərzaq məhsulları, dərman almaq və tibbi xidmətlərdən istifadə ilə məhdudlaşacaq. İctimai yerlərdə maska taxmaq məcburidir.
Bu qaydalar COVID-19 koronavirusuna yoluxmuş insanlarla təmasda olmamaq şərti ilə peşə fəaliyyəti ilə əlaqədar ölkəyə gələnlərə şamil olunmayacaq.
Bu gün açıqlanmış sənəddə qeyd edilir ki, İspaniya Daxili İşlər Nazirliyi hava və dəniz sərhədlərinə nəzarəti də bərpa edir. Bu zaman yalnız İspaniya vətəndaşlarının, transsərhəd işçilərin və diplomatların ölkədə gəlməsinə icazə veriləcək./publika.az