Çinli alimlər müəyyənləşdirib ki, ağır hallarda koronavirus immun sistemində ciddi pozğunluqlara səbəb olur, bəzi hüceyrələr daha aktiv, digərləri zəif olur.
Xarici mətbuata xəbər verir ki, bu barədə məqalə "Nature Medicine” (Təbabət) jurnalında dərc edilib.
Tədqiqatçılar bronxlarda və alveollarda müxtəlif dərəcədə şiddətlənməni, o cümlədən COVID-19-a yoluxan insanlarda tənəffüs sisteminin immun hüceyrələrini analiz edib. Üç yüngül simptomları olan, altı ağır xəstə və 3 sağlam şəxsdən nümunələr götürülərək müqayisə edilib.
Ağır xəstələrdə prosedur zamanı ağciyərlərdən çıxarılan mayenin içərisində iltihab reaksiyasını artıran monositik makrofajların həddindən artıq olduğu müşahidə edilib. Digər hüceyrə növlərinin, məsələn, miyeloid dendritik hüceyrələr, plazmasitoid dendritik hüceyrələr və T limfositlərinin orta dərəcəli koronavirus olan xəstələrə nisbətən daha aşağı olduğu aşkar edilib.
Xəstəliyin ağır vəziyyətlərində - ağciyərlərdə makrofaqlar tərəfindən ifraz olunan yüksək səviyyədə sitokinlər də mövcuddur. Beləliklə, makrofaqların bronxlarda və alveollarda intensiv iltihabı və sitokin fırtınası bədənin pozulmasına, eyni zamanda xəstənin ölümünə səbəb olan nəzarətsiz immun cavabıdır./Publika.az