Rusiya Dövlət Dumasının 5 deputatı yeni növ koronavirusa (COVID-19)yoluxub.
Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün plenar iclasda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, koronavirusa yoluxan deputatlardan biri xəstəxanadan buraxılıb.
V. Volodin qeyd edib ki, koronavirusa yoluxan deputatlardan ikisi ev, ikisi isə stasionar şəraitdə müalicə olunurlar.