Xəzər Xəbər

Böyük Britaniya iqtisadiyyatı rekord səviyyədə azalıb

Dünya | 12:52 • 13 May 2020
Böyük Britaniya iqtisadiyyatı rekord səviyyədə azalıb

Bu ilin I rübündə Böyük Britaniyanın iqtisadiyyatı 2% səviyyəsində azalıb və bu 2008-ci ildə bəri ən kəskin rüblük azalma kimi qeydə alındı.


"APA-Economics"in Böyük Britaniyanın Milli Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu ilin təkcə mart ayında Böyük Britaniyanın iqtisadiyyatı 5,8% azalıb.


Qeyd edək ki, Böyük Britaniyanın Mərkəzi Bankının 7 may tarixində yenilənmiş proqnozuna görə, 2020-ci ildə ÜDM-in 14% azalacağını, 2021-ci ildə isə 15% artacağını gözləyir. İşsizliyin 8% artacağı, inflyasiyanın isə 0,6% təşkil edəcəyi proqnozlaşdırılır.

Xəbər lenti

Çox oxunanlar