Rusiyada son bir gündə 10 028 nəfərə koronavirus diaqnozu qoyulub.
Xezerxeber.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 242 271 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 96 nəfər artaraq 2 212-a yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 48 003 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 4 703.