Xəzər Xəbər

Süni nəfəs aparatı yanğın səbəb oldu

Dünya | 11:03 • 13 May 2020
Süni nəfəs aparatı yanğın səbəb oldu

Mayın 12-də Sankt-Peterburq və mayın 9-da Moskva xəstəxanalarında yanğına səbəb olan "Aventa-M” süni nəfəs aparatları eyni müəssisədə – Ural Cihaz İstehsalı Zavodunda hazırlanıb.


AZƏRTAC-ın xəbər verdiyi kimi, mayın 12-də Sankt-Peterburqdakı "Müqəddəs Georgi” xəstəxanasının reanimasiya şöbəsində yanğın zamanı koronavirus infeksiyasından müalicə olunan 5 nəfər həlak olub. İlkin araşdırmalar nəticəsində yanğına "Aventa-M” süni nəfəs aparatlarında qısa qapanmanınasəbəb olduğu aşkarlanıb. Mayın 9-da isə Moskva xəstəxanasında həmin səbəbdən bir koronavirus xəstəsi ölüb. Hər iki faciəyə səbəb olan aparatların Ural zavodunda istehsal edildiyi məlum olub.


Qeyd edək ki, Rusiya koronavirus pandemiyası ilə əlaqədar "Aventa-M” aparatlarını yardım məqsədilə ABŞ-a da göndərmişdi. Süni nəfəs aparatları aprelin əvvəllərində Nyu-York və Nyu-Cersi ştatlarına gətirilib. O zaman bu iki ştatda koronavirusla bağlı epidemioloji vəziyyətin necə inkişaf edəcəyi məlum deyildi. Sonradan infeksiyanın yayılmasında geriləmə müşahidə edildiyi üçün Rusiya cihazlarından istifadəyə ehtiyac qalmayıb. Hazırda ABŞ hakimiyyəti Rusiyanın bu ölkəyə göndərdiyi "Aventa-M” aparatlarının geri qaytarılması məsələsini müzakirə edir.

Xəbər lenti

Çox oxunanlar