İndoneziyanın Şimali Sumatra əyalətində "Jag Leela” tankerində baş vermiş yanğın nəticəsində azı yeddi nəfər həlak olub, 22 nəfər isə xəsarət alıb.
Bu barədə "The Jakarta Post” qəzeti məlumat yayıb.
Bildirilir ki, hadisə İndoneziyanın Medan şəhərinin Belavan limanında baş verib. Axtarış-xilasetmə qrupu həlak olan heyət üzvlərinin cəsədlərini gəminin müxtəlif yerlərində aşkar edib. Onlardan yalnız birini tanımaq mümkün olub. Güman edilir ki, yanğın zamanı onlar gəminin daxilində olublar.
Şimali Sumatra əyalətinin polis idarəsinin rəisinin bildirdiyinə görə, axtarış-xilasetmə işləri davam etdirilir və çox güman ki, həlak olanların sayı arta bilər.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. (AZƏRTAC)