Xəzər Xəbər

Fransada son 2 gündə koronavirusdan ölənlərin sayı artıb

Dünya | 09:03 • 13 May 2020
Fransada son 2 gündə koronavirusdan ölənlərin sayı artıb

Fransada son 2 gündə koronavirusdan ölənlərin sayı artıb. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 26 min 991 nəfərə çatıb ki, onlardan 348-i son sutka ərzində baş verib.


Xezerxeber.az xəbər verir ki, Fransa epidemiyadan ölənlərin sayına görə ABŞ, Böyük Britaniya və İtaliyadan sonra 4-cü yerdədir. Ölkədə 17 min 3 ölüm xəstəxanalarda, 9988 ölüm isə qocalar evlərində qeydə alınıb. Xəstəxanalarda ümumilikdə 21 min 595 xəstə var ki, onlardan 2542-si reanimasiya şöbələrində ağır vəziyyətdədir.


Epidemiya başlayandan xəstəxanalara 96 min 979 nəfər yerləşdirilib və onlardan 57 min 785-i sağalıb.


Qeyd edək ki, Fransa mayın 11-dən təcridolma rejimindən tədricən çıxmağa başlayıb. Ölkədə hələ də bir çox məhdudiyyətlər qüvvədə qalır.

Xəbər lenti

Çox oxunanlar