Xəzər Xəbər

Saakaşvili hərəkətə keçdi: Zelenski ilə planı bəlli oldu

Dünya | 18:26 • 12 May 2020
Saakaşvili hərəkətə keçdi:

Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri Mixail Saakaşvili ABŞ səfirliyini islahatlar prosesində daha yaxından işləməyə çağırıb.

O, bu barədə ABŞ-ın Ukraynadakı rəsmi nümayəndəsi Kristina Quinlə görüşdən sonra bəyan edib.

"Millət vəkili Aleksandr Olşanski ilə birlikdə ABŞ səfirinin səlahiyyətlərini icra edən Kristina Quinlə yeni ofisimizdə görüşdük. Amerika İnkişaf Agentliyi və səfirliyinin Ukraynanın islahat proqramına daha çox cəlb olunma ehtimalını müzakirə etdik”, - Saakaşvili qeyd edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 7-də Mixail Saakaşvilinin Milli Şuranın İslahatlar üzrə İcraiyyə Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb./Teleqraf.com

Xəbər lenti