Xəzər Xəbər

“Ötən gün əmr verdim ki, dərhal…” – Lukaşenkodan şok sözlər

Dünya | 18:22 • 12 May 2020
“Ötən gün əmr verdim ki, dərhal…”

Belarus Prezidenti Aleksandr Lukaşenko məmurları və tibb işçilərini respublikada "isteriya” olmadan və sakit şəkildə COVID-19 pandemiyasına qarşı mübarizə aparmağa çağırıb.

Lukaşenko bu barədə hökumət üzvləri və prezident administrasiyasının rəhbərliyi ilə görüşdə deyib.

"Qoy bu istiqamətdə isteriyasız, sakitcə işləsinlər”, - ölkə başçısı vurğulayıb.

Əlavə edib ki, yaxın gələcəkdə bu sahədə iş sistemi müxtəlif səviyyələrdə izləniləcək.

Eyni zamanda, Lukaşenko, yalnız koronavirusa deyil, sətəlcəm xəstəliyinə də diqqət yetirməyə çağırıb:

"Ötən gün əmr verdim ki, mənə təkcə COVID-19-la bağlı yox, sətəlcəmlə bağlı da dərhal hesabat verin. Çünki bu hər yerdə var və bir nömrəli problemdir”.

Lukaşenko həmçinin qeyd edib ki, ölkədə artıq iki-üç həftə əvvəl olduğu kimi, sətəlcəm xəstəliyinə tutulma hallarında artım yoxdur./teleqraf

Xəbər lenti