Şimali və Cənubi Amerika yeni koronavirus pandemiyasının mərkəzinə çevrilib.
"RİA Novosti” xəbər verir ki,bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsiMarqaret Harris deyib.
Onun sözlərinə görə, qeyd olunan qitələrdə COVID-19-a yoluxma hallarının sayı getdikcə artır.
"Biz hazırda Amerikanı epidemiyanın mərkəzi adlandıra bilərik”, - deyə M.Harris bildirib.