Xəzər Xəbər

Rusiyada istirahət yerləri bu şərtlə açıla bilər

Dünya | 16:58 • 12 May 2020
Rusiyada istirahət yerləri bu şərtlə açıla bilər

Koronavirusun yayılması ilə bağlı artım tempinin azalması baş verərsə, Rusiyanın Şimali Qafqaz regionu və Krasnodar diyarındakı istirahət məkanları daxili turizm üçün açıla bilər.

RusiyaBaş nazirinin müavini Dmitri Çernışenko "Rusiya 24” televiziya kanalına müsahibəsində bu barədə danışıb.

Onun sözlərinə görə, pandemiya səbəbindən turizm sənayesi ciddi şəkildə zərər görüb və iqtisadiyyatın ən çox təsirlənən sahələri siyahısına daxil edilib.

Çernışenko vəziyyətin yaxşılaşmasından sonra sakinlərin Rusiya kurortlarına daha çox diqqət yetirməyə başlayacaqlarını qeyd edib.

Xəbər lenti

Çox oxunanlar