Qlobal miqyasda koronavirusa yoluxma sayı 4 milyon 268 min 496-ya çatıb.
XəzərXəbər xəbər verir ki, bu günə qədər 287 min 463 nəfər dünyasını dəyişib.
1 milyon 533 min 701 nəfər sağalıb.
Hazırda 2 milyon 447 min 332 nəfərin müalicəsi davam edir. Onlardan 46 min 946-nın vəziyyəti kritikdir.
Bu gün 16 min 171 yeni yoluxma, 326 ölüm qeydə alınıb.