Xəzər Xəbər

Polis rəisinin dəfni zamanı partlayış törədilib, 15 nəfər həlak olub - Əfqanıstanda

Dünya | 14:35 • 12 May 2020
Polis rəisinin dəfni zamanı partlayış törədilib, 15 nəfər həlak olub -

Əfqanıstanın Nanqarhar əyalətinin mahallarından birinin polis rəisinin dəfnində baş verən partlayış nəticəsində azı 15 nəfər həlak olub.


Xezerxeber.az xəbər verir ki, insident zamanı, həmçinin 49 nəfərin də yaralandığı bildirilir.


Əyalət qubernatorunun sözlərinə görə, polis rəisi ötən gecə ürək tutmasından vəfat edib. Partlayış dəfndə iştirak edən insanların arasında olan terrorçu-kamikadze tərəfindən törədilib. Qubernatorun ofisindən telekanala bildiriblər ki, ölənlər arasında əyalət şurasının üzvü Abdulla Məlikzay da var. Bununla yanaşı, bir nəfər parlament üzvü yaralanıb.


Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini öz üzərinə götürməyib. "Taliban” hərəkatı partlayışla əlaqəsini inkar edir.

Xəbər lenti