Çinin Uhan şəhərində bütün sakinlər koronavirus testindən keçiriləcəklər.
"Pengpai” xəbər verir ki, bu tədbir koronavirusun yayılma episentri hesab edilən Uhanda bazar günü virusa beş yoluxma halının aşkar olunması ilə əlaqəlidir.
Bu, aprelin 3-dən sonra ilk belə hadisədir.
Bundan əlavə, koronavirusun simptomsuz daşıyıcılarının sayı 11-ə çatıb. 615 nəfər həkim nəzarətindədir.