Xəzər Xəbər

Bu ölkə koronovirusdan qurtulur - iki həftədir ki, yoluxma faktı aşkarlanmır

Dünya | 13:38 • 12 May 2020
Bu ölkə koronovirusdan qurtulur -

Artıq iki həftədir ki, Monteneqroda koronavirusa yoluxma faktı aşkarlanmır. Ölkə üzrə aktiv xəstə sayı isə 25 nəfərdir, onlar da evlərində nəzarət altındadır.


Monteneqro hökuməti tezliklə COVİD-19 virusundan tamamilə qurtulduqlarını və həyatın normala qayıtdığını elan etməyə hazırlaşır. Təbii ki, bütün ictimai yerlərdə, həmçinin nəqliyyatda bütün qorunma qaydaları tətbiq olunmağa davam edəcək.


İndiyədək ölkədə 324 yoluxma faktı qeydə alınıb ki, onlardan 290-ı tam sağalıb. Yoluxmaları qeydiyyata alan qaynar xətt isə fəaliyyətini dayandırıb, xəstəxanalar yenidən planlı əməliyyatları keçirməyə başlayıblar.


Mayın 18-dən ölkədə bütün kafe və restoranların da açılması gözlənilir. Otellər isə fəaliyyətlərini artıq bərpa ediblər. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar