Xəzər Xəbər

Çin ABŞ malları üçün idxal rüsumlarını ləğv edəcək

Dünya | 13:31 • 12 May 2020
Çin ABŞ malları üçün idxal rüsumlarını ləğv edəcək

Çin hakimiyyəti ABŞ-dan gətirilən növbəti məhsul qrupunu Birləşmiş Ştatlarla ticarət müharibəsi dövründə tətbiq etdiyi artırılmış idxal rüsumlarından bir il müddətinə azad edib.


Xezerxeber.az xəbər verir ki, Çin Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu barədə qərar mayın 19-da qüvvəyə minəcək. İdxal rüsumlarından azad edilən malların siyahısına 79 kateqoriya üzrə məhsul, o cümlədən kimya və sənaye məhsulları daxildir.


Yeni məhsullar qrupunun rüsumlardan azad olunması Pekinin Vaşinqtonla imzaladığı ticarət sazişinin şərtlərinə əməl etməyə hazır olduğunu göstərir, həmçinin ABŞ mallarının idxalını artırmağa şərait yaradır.


Çin hakimiyyəti, həmçinin fevral ayında koronavirus epidemiyası ilə mübarizədə lazımi tibbi avadanlıqlar da daxil olmaqla, bəzi ABŞ məhsulları üçün tətbiq edilən əlavə rüsumlardan imtina etmişdi.

Xəbər lenti

Çox oxunanlar