Türkiyədən dəniz yolu ilə qanunsuz olaraq Yunanıstana keçmək istəyən 53 miqrant saxlanılıb.
Xezerxeber.az xəbər verir ki, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxslər ölkənin Miqrasiya Xidmətinə təhvil verilib.
İki rezin qayıq vasitəsilə ölkəni tərk etmək istəyən miqrantlardan 17-si uşaqdır.