Xəzər Xəbər

Rusiyada 5 jurnalist koronavirusdan ölüb

Dünya | 12:47 • 12 May 2020
 Rusiyada 5 jurnalist koronavirusdan ölüb

Rusiyada 5 jurnalist yeni növ koronavirusdan (COVID-19) ölüb.


Bu barədə Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bildirib.


O, 200 jurnalistin COVID-19-a yoluxduğunu açıqlayıb.


"Bir müddət əvvəl rəqəmlər açıqlandı. Dünyada 60-a yaxın jurnalistin koronavirus infeksiyasından həyatını itirdiyi bildirilib. Rusiyada 5 jurnalist xəstəlikdən həyatını itirib. Bununla bərabər, 200 nəfərə yaxın jurnalistimiz virusa yoluxub”, - deyə V. Solovyov qeyd edib. (APA)

Xəbər lenti