Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində hospitalın girişində partlayış baş verib, ardınca xəstəxana naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.
Xezerxeber.az xəbər verir ki, partlayış terrorçu-kamikadze tərəfindən həyata keçirilib. Partlayışdan sonra tibbi personalın yalnız bir hissəsi binanı tərk edə bilib. Hospital beynəlxalq "Sərhədsiz həkimlər” təşkilatının Əfqanıstan bölməsinin dəstəyi ilə fəaliyyət göstərir.
Hələlik insident zamanı üç nəfərin, o cümlədən bir qadının xəsarət aldığı bildirilir. Onların hamısı mülki şəxslərdir.
Təhlükəsizlik orqanlarında çalışan mənbənin məlumatına görə, hücumdan sonra hadisə yerinə xüsusi təyinatlı dəstələr cəlb olunub. Səhiyyə müəssisəsinin arxasında əcnəbilərin məskunlaşdığı mehmanxana yerləşir. Hazırda xəstəxana binasında atışma davam edir və silahlılar mehmanxanaya girməyə çalışırlar.