Xəzər Xəbər

Ermənistanda koronavirusa yoluxanların sayı 3538-ə çatıb, 47 nəfər ölüb

Dünya | 11:21 • 12 May 2020
Ermənistanda koronavirusa yoluxanların sayı 3538-ə çatıb, 47 nəfər ölüb

Ermənistanda daha 146 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb.


Bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 3 538-ə yüksəlib.


Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 47-yə çatıb.


Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,2 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 287 mindən çoxu isə ölüb.

Xəbər lenti