Xəzər Xəbər

2 ölkə təsdiq etdi Havanın istiləşməsi koronavirusun qarşısını alacaqmı?

Dünya | 17:52 • 11 May 2020
2 ölkə təsdiq etdi

Havanın istiləşməsi yeni tip koronavirus pandemiyasında əyləc rolunu oynayacaq.

Mövzu ilə bağlı daha iki araşdırmanın nəticəsi təqdim edilib.

ABŞ-ın Massaçusets Texnologiya İnstitutu və Kanadanın Toronto Universitetinin ayırılıqda apardığı araşdırmalar nəticəsində məlum olub ki, 25 dərəcədən yuxarı hər 0,556 °C-lik artım virusun yoluxma riskini sadəcə 1,5% azaldır.

Toronto Universitetinin araşdırmaçıları mart ayından bəri ABŞ və Kanadada qeydə alınan 375 min 600-dən çox koronavirus xəstəsinin məlumatlarını incələyib. Araşdırmada istilik, rütubət, məktəblərin bağlanması və sosial məsafənin xəstəliyin yayılması üzərindəki təsiri qarşılaşdırılıb. Nəticədə havanın istiləşməsi ilə koronavirusun yayılma sürəti arasında diqqətçəkən əlaqə tapılmayıb.

Universitetin professor Dion Qesink pandemiyanın yayılma sürətinə təsir edən ən effektiv amilin karantin rejiminin tətbiqi olduğunu vurğulayıb.

Araşdırmanın ortaq yazarı Piter Cüni isə həm qabaqlayıcı tədbir, həm də istiliyin koronavirusun yayılmasında oynaya biləcəyi rollara dair araşdırma apardıqlarını, araşdırmanı şərtlərin çətinləşdirildiyi şəraitdə təkrarladıqda tam əks nəticə əldə olunduğunu bildirib.

Amerikalı elm adamları da kanadalı həmkarları ilə oxşar nəticələrə gəlib.

Massaçusets Texnologiya İnstitutunun Sistem Dinamnikası Fakültəsinin dosenti Xəzir Rəhmandad kəskin istilər və rütubət səviyyəsinin koronavirusun əlaqə faizlərini orta dərəcədə azalda biləcəyini, lakin pandemiyanın yay aylarında yavaşlamasının mümkün olmayacağını deyib. O bildirib ki, ən yaxşı ehtimalla, havanın istiləşməsi pandemiyaya nəzarətdə sadəcə ikincili rol oynaya bilər./publika.az

Xəbər lenti

Çox oxunanlar