Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən məhdudiyyətlərin yüngülləşdirilməsi planını açıqlayıb. O, elan etdiyi planı cəmiyyətin normallaşması üçün yol xəritəsinin ilk layihəsi olaraq xarakterizə edib.
Conson açıqlamasında evdən işləyənlərin işlərinə davam etmələrini və yalnız məcbur olduqda iş yerlərinə getməli olduqlarını vurğulayıb. O, işə getmək məcburiyyətində olanlardan ictimai nəqliyyatdan deyil, şəxsi nəqliyyatlarından istifadə etməyə çağırıb.
Yalnız tikinti sektorunda işləyənlərin işlərinə dönməli olduğunu bildirib.
Conson növbəti addımların ən erkən iyunun 1-dən atılacağına ümid etdiyini söyləyib. "İyun ayının əvvəlindən etibarən bəzi siniflərdə təhsilin yenidən başlaması və bəzi mağazaların yenidən açılması mümkündür. Ancaq bu qərarları qəbul etmək üçün bəzi şərtlərə əməl edilməlidir”, - deyə o vurğulayıb.
Baş Nazir restoran, kafe və barların ən erkən iyul ayında açıla biləcəyini ifadə edib.
Consonun açıqladığı başqa bir tənzimləmə ölkəyə hava yolu ilə gələnlər haqqında olub. O, bu günlərdə ölkəyə hava yolu ilə gələnlərə karantin tətbiq olunacağını vurğulayıb.