Dünyada 4 milyon 200 min insan koronavirusa yoluxub, vəfat edənlərin sayı isə 283 min nəfəri aşıb.
Virusa yoluxma halını sıfıra endirən Çində son iki gündə yoluxmaya dair artım qeydə alınıb.
Epidemiyanın başlandığı Uhan şəhərində isə son bir ayda ilk dəfə yoluxma faktı təsbit olunub.
Çinlə Şimali Koreya sərhədində yerləşən Jilin əyalətinin Şulan şəhərinə giriş-çıxış bağlanılıb.
Son 24 saatda Çində 17 yeni yoluxma qeydə alınıb. Mayın 10-da isə 14 nəfədə koronavirus aşkar edilib. 14 yoluxmanın 11-i Şulan şəhərində qeydə alınıb. Bir milyon sakini olan Şulan şəhəri "yüksək risqli bölgə” elan edilib./teleqraf