Xəzər Xəbər

Pandemiyanın ikinci dalğası gəlir? Diqqət çəkən Şimali Koreya detalı

Dünya | 15:23 • 11 May 2020
Pandemiyanın ikinci dalğası gəlir?

Yeni tip koronavirusun episentri olan Çində son iki gündə yoluxmaların sayı 2 pilləli ədədlərə çıxıb.

Ölkədə son 24 saat ərzində 17 yoluxma qeydə alınıb.

Bu yoluxmalardan əksərinin ölkənin daxilindən qaynaqlanması narahatlıq doğurub.

Virusun ortaya çıxdığı Uhan şəhərində bu gün 5 yeni yoluxmanın aşkarlanması ilə pandemiyanın ikinci dalğasının yayılması ehtimalı səsləndirilir.

Ötən gün isə 14 yoluxmadan 11-i Cilin əyalətinin Şulan şəhərində qeydə alınıb. Şəhərə bütün giriş-çıxışlar bağlanıb. 1 milyon əhalinin yaşadığı şəhər yüksək riskli bölgə elan olunub. Cilin əyalətinin Şimali Koreya ilə sərhəddə yerləşməsi xüsusi diqqət çəkib./publika.az

Xəbər lenti

Çox oxunanlar