Moldovada prezident seçkiləri noyabrın 1-də keçirilə bilər.
Moldova Prezidenti İqor Dodon bugünkü brifinqdə ölkədə növbəti prezident seçkilərinin noyabrın 1-də keçirilməsi üçün parlamentə müraciət edəcəyini açıqlayıb.
"Qanunvericiliyə görə, Moldovada prezident seçkiləri oktyabrın 23-ü və noyabrın 23-ü aralığında keçirilə bilər. Ona görə də təklif edirəm ki, parlament növbəti sessiyasında prezident seçkilərinin noyabrın 1-də keçirilməsi məsələsini müzakirəyə çıxarsın”, - deyə İ.Dodon əlavə edib.