Rusiya Federal Tibbi-Biologiya Agentliyi (RTBA) koronovirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün "Mefloxin” preparatını təqdim edib.
Xezerxeber.az xəbər verir ki, agentliyin məlumatında deyildiyi kimi, preparat Çində və Fransada koronavirus infeksiyasının müalicə təcrübəsi əsasında hazırlanıb. "Mefloxin” koronavirusun tsitopatik təsirini bloklayacaq, virusun səbəb olduğu iltihab prosesinin aktivləşməsinin qarşısını alacaq. Bu isə koronavirusa yoluxmuş xəstələri müalicə etməyə imkan verəcək.