Gürcüstanda koronavirusa yoluxanların sayı artaraq 85 nəfərə çatıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı stopcov.ge saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, hazırda Gürcüstanda 4641 nəfər karantin rejimində saxlanılır, 239 nəfər isə stasionar şəraitdə həkim nəzarətindədir.
Bu günədək 14 nəfər koronavirusdan müalicə olunub.